"Ansar-əl-Sünnə" SOÇİDƏ TERROR AKTLARI törədəcəyini bəyan etdi!

"Ansar-əl-Sünnə" radikal islamçı qruplaşması Volqoqradda baş verən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb. Qruplaşma bununla bağlı yaydığı videogörüntüdə fevralın 7-də Soçidə başlayacaq Qış Olimpiya Oyunlarının gedişində də irimiqyaslı terror aktı törədəcəklərini bəyan ediblər.

 

Videomaterialda özlərini Süleyman və Əbdürrəhman adlandıran silahlı şəxslər əks olunub. Onların bəyanatı Volqoqraddakı terror aktlarının görüntüləri fonunda açıqlanıb.

 

"Ansar-əl-Sünnə" İraqda fəalıiyyət göstərən terrorçu qruplaşmadır. Qruplaşmaya ABŞ-ın bu ölkədəki mövcudluğuna və mövcud İraq hökumətinə qarşı mübarizə aparan kürd və ərəb beynəlmiləlçilər daxildir. Qruplaşma 2003-cü ilin sentyabrından şimal və mərkəzi İraqda fəaliyyət göstərir.

 

Müəllif | Apa.Tv