"QANUNİ OĞRU"LARIN TOPLANTISINA BASQIN: 50 nəfər tutuldu

Moskva polisi paytaxtın şimal qərbində bir qrup "qanuni oğru"nu  zərərsizləşdirib. Əməliyyatçılar kriminal aləmin bir neçə nümayəndəsinin Şimal-Qərb inzibati dairəsindəki restoranlardan birində görüşəcəyi barədə məlumat əldə edib. Yığıncaqda "çapıqlı Kostya" ləqəbli 42 yaşlı Konstantin Vasiliyev, o cümlədən Vladimirsk vilayətinin kriminal strukturları də iştirak edib. Görüşdə onların cavabdeh olduğu sahələrlə bağlı müzakirələrin paarılması planlaşdırılıb. Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əməliyyat zamanı təxminən 50-yə yaxın şəxs saxlanılıb. 

Əməliyyat zamanı Moskva və Vladimirsk polisinə Daxili İşlər Nazirliyi Çevik Polis Alayı da dəstək verib. Saxlanılan bütün şəxslər onların digər cinayətlərdə iştirakının olub-olmamasını müəyyənləşdirmə üçün polis bölmələrinə aparılıblar.

Müəllif | Apa.Tv