Gəncədə 33 yaşlı KİŞİ BIÇAQLANIB
Gəncədə 33 yaşlı kişi bıçaqlanıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA TV-yə verilən məlumata görə, 1981-ci il təvəllüdlü Əliquliyev Ramin Novruz oğlu döş qəfəsinin iki yerindən kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xeyli qan itirən yaralı dərhal əməliyyat edilib. Ağ ciyərinin iki yerindən bıçaq yarası aldığı bildirilən 33 yaşlı R. Əliquliyevin vəziyyətinin ağır olduğu deyilir.
Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. Faktla bağlı Gəncə şəhər baş Polis İdarəsində araşdırma aparılır.