Zaqatalada MAŞIN ÇAYA AŞDI: 1 ölü, 3 yaralı

Zaqatala rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. APA TV-nin məlumatına görə, qəza rayonun Car kəndində baş verib. Kənd sakini, 1942-ci il təvəllüdlü Carayev Mollamuhuma Şahmur oğlu idarə etdiyi “UAZ” markalı avtomobillə qatı duman və yağmurlu havada idarəetməni itirib, maşını körpüdən çaya aşırıb. Nəticədə Mollamuhuma Carayev aldığı xəsarətlərdən hadisə yerində keçinib. Sərnişinlər - mərhumun həyat yoldaşı 1951-ci il təvəllüdlü Carayeva Aşura Xanov qızı, Car kənd sakini 1947-ci il təvəllüdlü Abdullayev Nürəddin Qurban oğlu və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Abdullayeva Ruqiyyət Həsən qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılardan Aşura Carayevanın vəziyyəti qənaətbəxş olduğundan ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Nurəddin Abdullayev başından yaralanıb.


Aşura Cərayeva və Ruqiyyət Abdullayevanın  vəziyyəti isə orta ağır hesab edilir, müalicələri xəstəxananın travmatologiya şöbəsində aparılır. Fakla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov