Polisə yalan ifadə verən şəxslər HƏBS OLUNDU

Nizami rayon Pİ-nin 25-ci polis bölməsinə yalan ifadə verən Qazax rayon sakini Mustafayev İsa Cəlal oğlu və dostu Rəmzi həbs edilib. Səhər tezdən polisə gələn İsa Mustafayev Koroğlu metrostansiyasının yaxınlığında 3 nəfər naməlum şəxsin onu döydüyünü bildirib. Onun sözlərinə görə, həmin şəxslər barmağındakı üzüyü və 550 manat pulunu zorla əlindən alıblar.

 

Bölmənin rəisi Rəfael Əliyev deyib ki, həmin şəxsi işdən çıxarıblar: "14 gündür, işsizdir, evdə bəhanəsi olsun deyə bu ssenarini qurub".

 

İsa Mustafayev polilisləri inandırmaq üçün bu işə dostu Rəmzini də cəlb edib. Ona tapşırıb ki, bölmədə onun döyüldüyünü təsdiqləsin. Araşdırma zamanı onların üzüyü bir yerdə satıb xərclədikləri məlum olub.

 

APA TV-nin xəbərinə görə, faktla bağlı yalan ifadə vermə maddəsi ilə cinayət işi başlanıb. 

Müəllif | Apa.Tv