Suriyada işgəncə verilən 10 MİN NƏFƏRİN MEYİTİNİN FOTOSU ÇƏKİLDİ

"Namizəd olmamaq üçün bir səbəb görmürəm. Əgər namizədliyimi dəstəkləyən ictimai rəy varsa, seçkilərə getmək üçün tərəddüd etməyəcəyəm. Qısacası, namizədlik ehtimalımın yüksək olduğunu söyləyə bilərik".

APA TV-nin xəbərinə görə, bunu Suriya prezidenti Bəşər Əsəd Dəməşqdəki prezident sarayında  "AFP" xəbər agentliyinə verdiyi müsahibədə bildirib. Suriyada prezident seçkiləri iyun ayında keçiriləcək. Bəşər Əsəd Türkiyə və Səudiyyə Ərəbistanını terror ixrac edən ölkə olaraq adlandırıb, onların terror təşkilatlarına terrorçu, silah və pul göndərdiyini bildirib.

Suriya müxalifətinin ölkədə hakimiyyətə gələ bilməyəcəyini deyən Əsəd, Suriyanın uduzacağı təqdirdə xaosun Yaxın Şərqə yayılacağını vurğulayıb.

 

Bu arada Anadolu agentliyi Əsəd rejimi tərəfindən həyata keçirilən müharibə cinayətlərini sübut edən hesabat və fotoları yayıb. Fotoları bir polis əməkdaşı ona verilən tapşırığa görə iki il ərzində çəkib. O, Əsəd rejiminin polisi olsa da, çəkdiyi fotoları toplayaraq müxaliflərə ötürüb. Fotolardan xəstəxanaya gətirilən müxalif döyüşçülərin işgəncələrə məruz qaldığı, çoxunun boğularaq öldürüldüyü görünür. Ümumilikdə 55 min foto yayılıb. 11 min nəfərin meyitinin şəklinin çəkildiyi təxmin edilir. Fotolardan 26 mini araşdırılıb. Onların gerçəyi əks etdirdiyi sübut olunub.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı