İki uşaqla AYAQYOLUNDA YAŞAYAN AİLƏYƏ ABŞ-DAN YARDIM

Bakıda acınacaqlı vəziyyətdə yaşayan ailəyə maddi yardım edilib. APA TV bir müddət əvvəl ayaqyolunda yaşayan ailənin durumu ilə bağlı süjet hazırlamışdı. Süjet yayımlanandan sonra ailəyə yardım edənlər olib. Bunu evin xanımı Fəridə Məmmədova deyir: "Bizə heç nə demədi. Axşam zəng etdi ki, gedin kirayə, ev tapın. Pulunu özü ödəyəcək".

 

Beləlijklə, ailəni ayaqyolunda düzəltdikləri evdən çıxaran tapılıb. Adının Fərid olmasından başqa, heç bir məlumat verməyən xeyirxah bir insan ailənin müvəqqəti məskunlaşması üçün daha rahat mənzilə köçməsinə şərait yaradıb: "Özü istəmədi çəkilişdə görünsün".

                               

Amma bu, ailə edilən yeganə dəstək deyil: "Bizə köməklik etdilər. Yorğan-döşəyim yox idi, yorğan, döşək, qab-qacaq alıb gətiriblər. Allah onlardan razı olsun".

 

Fəridənin anası deyir ki, rayonda maddi durumları yaxşı olmadığı üçün qızını rayona apara bilmir: "Əvvəl istədim, aparım ora yanımda qalsınlar. Ancaq orda bizim adımıza heç pay torpaq da yoxdur. Hərdən zəng edirdi ki, mən ayaq yolunda qalıram deyə, sən bizə baş çəkmirsən".

 

Çəkiliş zaman ailəni daha bir nəfərin axtardığı üzə çıxıb. Bu dəfə yardım Los-Ancelesdən gəlib. Bir kişi də onlara yardım edib və sonra özünü təqdim etmədən gedib.

 

Əvvəldə də qeyd elədiyimiz kimi Məmmədovlar ailəsinə kirayə mənzil də tututlub. Ailə hazırda müvəqqəti olaraq, orada məskunlaşıb. Bu, onların problemlərinin elə adından da bəlli olduğu kimi müvəqqəti həllidir... 

 

Müəllif | Apa.Tv