Ömrünün 30 ilini həbsdə keçirən şəxs yenidən tutuldu

Binəqədi rayon polis idarəsinin əməkdaşları Ruslan Abdullayev və Taleh Bağırovu 1 kq 41 qram heroini satmaq istəyərkən yaxalayıblar. Taleh Bağırovun bacısı ilə ailə qurmağa hazırlaşan Ruslan gələcək qaynı ilə münasibətləri möhkəmləndirmək üçün onu Şirvan şəhərindəki dayısının evinə qonaq aparır. Qayıdan zaman dayı toya hazırlıq məqsədi ilə onlara bağlama verir.

 

Qohum olmağa hazırlaşan şəxsləri azı 7 il məhkumluq həyatı gözləyir.

 

APA TV-nin xəbərinə görə, Yasamal polisi isə ömrünün 30 ilini təcridxanada keçirən və bu yaxınlarda azadlığa çıxan Məlikov Qənfəli Hüseyn oğlunu  qanunsuz odlu silah saxladığına görə yaxalayıb. Təqsirləndirilən şəxsin dediyinə görə, silahı tapıbmış. Sonra nədənsə avtomatın darağını çibinə qoyub şəhərdə gəzirmiş. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb şübhəli şəxs qismində onu bölməyə dəvət edirlər.

 

Zibillikdən tapdığını dediyi "Kalaşnikov" avtomatını evində saxlamaqda təqsirləndirilən Məlikovun 5-ci dəfə həbsxanaya göndəriləcəyi istisna olunmur. 

Müəllif | Apa.Tv