Ağstafa-Poylu-Gürcüstan avtomobil yolu açıldı

Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolunun açılışı olub.  Açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov, Qazax rayon İcra Hakimiyyətinin rəhbəri və içtimaiyyət nümayəndələri iştirak ediblər. Yolun uzunluğu 59 km, torpaq yatağının eni isə 12 m təşkil edir. 2011-ci ildən yolun əsaslı təmirinə başlanılıb. Yol 3-cü texniki dərəcəli, iki hərəkət zolaqlıdır. Yolun hərəkət hissələrində ayrıca olaraq ağ və sarı xətlər çəkilib.

APA TV-nin xəbərinə görə, Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu Qazax və Ağstafa rayonlarının kənd və yaşayış məntəqələrini, eləcə də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolununu əlaqələndirəcək.

Müəllif | Apa.Tv
Azər Məmmədli