Prezident İlham Əliyev Gəncəyə səfər edib

Prezident İlham Əliyev Qərb bölgəsinə səfəri çərçivəsində Gəncəyə gedib. Burada Heydər Əliyev Muzeyinin açılışına qatılan prezident  müzeylə yaxından tanış olub.  Mərkəzdə oxu zamlı, dünya standartlarına cavab verən elektron kitabxana,  xarici dil kursları, video konfrans salonu xalçaçılıq tədris mərkəzi, rəqs dərnəyi və sərgi salonu fəaliyyət göstərir.

Prezident İlham Əliyev Gəncə Olimpiya parkının təməlqoyma mərazimində də iştirak edib. Dövlət başçısına Olimpiya Mərkəzinin eskiz layihəsi haqqında məlumat verilib.

Dövlət başçısı Heydər Əliyev Fondunun dəstəyi ilə  Gəncədə inşa edilən Məhsəti Gəncəvi adına Mərkəzin açılışına qatılıb. Klassik memarlıq üslubunda tikilən binada şairənin həyat və yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və digər yardımçı otaqlar yerləşir. Muzeydəki elektron köşkdə Məhsətinin rübailəri azərbaycan  rus və ingilis dillərində təqdi edilir.

Sonra Prezident Gəncədə 1500 qaçqın və məcburi köçkün ailəsi üçün tikilmiş yeni qəsəbə ilə tanış olub, Kəlbəcər rayon mədəniyyət sarayına və 9 saylı Kərbəcər tam orta məktəbinə baxış keçirib. 

 

Prezident İlham Əliyev Nizami Gəncəvi muzeyinin və bir neçə aliminium zavodunun açılışında da iştirak edib.

Dövlət başçısı həmçinin, Gəncə qala qapıları və arxelogiya Etnoqrafiya Muzeyi ilə tanış olub. Prezident İlham Əliyev yeni inşa edilən Gəncə dairəvi avtomobil yolunun açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov yeni dairəvi yol haqqında məlumat verərək bildirib ki, bundan sonra yük maşınları və avtomobillər ölkənin şimal hissəsinə Gəncəyə girmədən gedə biləcək.

 

APA TV-nin xəbərinə görə, dövlət başçısı Gəncə Şəhər ASAN Xidmət mərkəzinə və Gəncədə inşa edilən Gəncə Filarmoniyasına baş çəkib, VEQA otelinin fəaliyyəti ilə tanış olub.

 

 

Müəllif | Apa.Tv