Bakıda dəhşətli qəza: ATA VƏ OĞLU ÖLDÜ

Bakı-Şamaxı yolunun 23 kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.


APA TV-nin məlumatına görə, Abşeron rayonunun Müşfiqabad qəsəbəsində "Ford" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik maşını toqquşub.

 

Qəza nəticəsində "VAZ-2107"-nin sürücüsü, 1968-ci il təvəllüdlü Mehralıyev Gəray Surxay oğlu və onun oğlu, 1993-cü il təvəllüdlü Vüsal dünyasını dəyişib, yük maşınında olan iki nəfər - 1981-cü il təvəllüdlü Səlimov Azad Cəmaləddin oğlu və 1979-cu il Musayev İlham Ağapənah oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv