"VAZ 2106" dəmir arakəsmələrə çırpıldı

Bakının Sabunçu rayonu ərazisində, Aeroport şossesində sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Ramin Adıgözəlovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil yol kənarındakı dəmir arakəsmələrə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

 

Avtomobili idarə edən sürücü sərxoş olsa da, iddia edir ki, onun maşınını başqa bir avtomobil arxadan vuraraq hadisə yerindən uzaqlaşıb:

 

Sürücünün iddiasını Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları araşdıracaqlar.

 

Müəllif | Apa.Tv