Qaxda qayadan yıxılan kişinin meyiti ərazidən çıxarılıb

Qax rayonunun İlisu kəndində yanvarın 17-də qayadan yıxılaraq ölən şəxsin meyiti ərazidən çıxarılıb.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, Babayev Bədrəddin Novruz oğlunun meyiti gecə saatlarında çıxarılaraq kəndə gətirilib.

 

Qeyd edək ki, rayonun Ağçay kənd sakini Babayev Bədrəddin Novruz oğlu yanvarın 17-də evdən çıxıb, bir daha geri qayıtmayıb.

 

Qax rayon Polis Şöbəsindən bildirilib ki, B. Babayevin yanvarın 17-də evdən çıxıb və geri dönməyib. Onun həmin gün ov məqsədilə getdiyi İlisu kəndində yanvarın 17-də qayadan yıxılaraq öldüyü məlum olub.

 

Meyitinin axtarışları üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri və helikopteri cəlb olunub. 

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov