Gəncədə yaşayış evində partlayış: ANA VƏ QIZI AĞIR YARALANDI

Gəncə şəhərində partlayış baş verib.

 

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA TV-nin qərb bürosuna verilən məlumata görə, Cavad xan küçəsində yaşayan, 1956-cı il təvəllüdlü Fatimə Nəsib qızı Verdiyeva və onun qızı 1981-ci il təvəllüdlü Nübar Nəsrəddin qızı Verdiyeva yanıq xəsarətləri ilə xəstəxanaya daxil olublar.

 

Araşdırma zamanı məlum olub ki, onlar yaşadıqları evdə qaz sızmasından yaranan partlayış nəticəsində yanıq xəsarətləri alıblar. Hazırda 2-3-cü dərəcəli yanıq xəsarətləri alan şəxslərə müvafiq yardım göstərilir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli