Borca görə QARDAŞINI KİLLERƏ SİFARİŞ VERƏN AZƏRBAYCANLI həbs olundu

Kemerovoda azərbaycanlı borc üstündə 30 yaşlı qardaşının qətlini sifariş verib. APA TV-nin məlumatına görə, 44 yaşlı Azərbaycan vətəndaşı ilə qardaşı arasında 8 min dollar borc məsələsi üstündə mübahisə yaranıb. Böyük qardaş tanışına pul və tapança verərək qardaşını öldürməyi tapşırıb. Muzdlu qatil borclu olan qardaşı qətlə yetirib və meyiti kimsəsiz evdə sobaya ataraq yandırıb. Bir müddət sonra öldürülmüş azərbaycanlının yaxınları onun itkin düşməsi barədə polisə müraciət ediblər. Aparılan istintaq axtarış tədbirləri nəticəsində 30 yaşlı azərbaycanlının öldürüldüyü müəyyənləşib. Qətlin sifarişçisi və icraçısı həbs olunub. Faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb. Artıq cinayət işinin istintaqı başa çatmaq üzrədir, yekun ittihamnamə təsdiqləndikdən sonra materiallar məhkəməyə göndəriləcək. 

Müəllif | Apa.Tv