Üç maşın toqquşdu, mişar daşları yola töküldü

Bakı-Qazax avtomobil yolunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, mişar daşı ilə yuklənmiş “KAMAZ” markalı yük avtomobili, 1960-cı il təvəllüdlü Bədəlov Mahir Həmdulla oğlunun idarə etdiyi “Nissan Qaşqai" markalı avtomobilin qarşısına keçərək yolun sol kənarındakı qoruyucu metal səddə çırpılıb. Bu zaman idarəetməni itirən Mahir Bədəlov qarşıdan gələn Baləkən rayon sakini, 1958-ci il təvəllüdlü Ziyəddin Canıyevin idarə etdiyi “KAMAZ” markalı 08 BD 760 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə mişar daşları yola tökülüb. Mahir Bədəlov avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Yola tökülən mişar daşları yüzlərlə avtombilə təhlükə törədib. Qəza zamanı ciddi xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Faktla bağlı BDYP araşdırma aparır. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı