DƏM QAZI FACİƏLƏRİ: hamilə qadın öldü

Bakıda nənə və nəvə dəm qazından zəhərlənib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Rəsulzadə qəsəbəsinin sakinləri - 1958-ci il təvəllüdlü Pəri Əsgər qızı Ağayeva və 2006-cı il təvəllüdlü Ədilə Məmmədova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onların hər ikisi təcilli xəstəxanaya çatdırılsa da, Pəri Ağayevanı xilas etmək mümkün olmayıb. Ədilə Məmmədovanın vəziyyəti isə ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.

Daha bir dəm qazı faciəsi Siyəzəndə olub. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, şəhərin 12-ci massivində yaşayan 34 yaşlı Babayeva Venera Valeri qızı hamamda çimərkən dəm qazından boğularaq ölüb. Mərhumun cəsədi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə gətirilib. Müayinədən sonra meyit ailəsinə təhvil verilib. Ölümə su qızdırıcısından hamam otağına dəm qazının sızmasının səbəb olduğu ehtimal olunur. Venera  Babayevanın hamilə olduğu bildirilir. Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan