Ukrayna müxalifəti aksiyalardakı təxribatlara görə ERMƏNİLƏRİ İTTİHAM ETDİ

Donetskdə keçirilən aksiyada hakim Regionlar Partiyasının üzvləri və "tituşka" adlanan bir qrup jurnalistin üzərinə hücum çəkib. APA TV-nin məlumatına görə, Regionlar Partiyasının Donetsk bölməsinin rəhbəri erməni Qaqik Aqavelyan jurnalisti taxta parçası ilə döyərək əlindəki kameranı alıb. Daha sonra tərəfdarlarına əmr edərək jurnalisti ərazidən uzaqlaşdırmağı tapşırıb.

 

Jurnalistin yenidən ərazidə çəkiliş apardığını görən Qaqik Aqavelyan sərt davranaraq onun üzərinə daş, buz parçaları və Molotov kokteyli atıb. Nəticədə müxbir kəllə-beyin travması və  müxtəlif yanıq xəsarəti alıb.

 

Jurnalist deyib ki, hakimiyyətin göstərişi ilə nümayişlər zamanı vitrinləri sındırıb qarətçiliklə məşğul olan "tituşka"ları Donetskə erməni Qaqik Aqavelyan gətirir: "Əlimdə bunu sübut edəcək video çəkilişlər var. Buna görə, erməni Qaqik Aqavelyan məni öldürmək istəyirdi". O, bildirib ki, polislərin müdaxiləsindən sonra "tituşka"lar onu sərbəst buraxıblar.

 

Artıq Ukrayna müxalifəti keçirilən aksiyalarda təxribatların ermənilər tərəfindən törədildiyinə dair rəsmi bəyanat yayıb. Bəyanatda aksiya iştirakçılarına hücumların yuxarıda adı çəkilən erməni Qaqik Aqavelyan tərəfindən təşkil olunduğu bildirilir və erməni diasporundan baş verən hadisələrdə tərəf olmamaq tələb edilir.

 

Müəllif | Apa.Tv