Erməniləri döyən “Domodedovo”nun polis rəisi həbs olundu

Moskvada "Domodedovo" hava limanının polis rəisi Maksim Titov həbs edilib. APA TV-nin məlumatına görə, buna səbəb kimi erməni diasporunun 2 nümayəndəsinin qanunsuz saxlanılmasıdır. Maksim Titovun vəkili Vadim Lyalinin yaydığı bu məlumat rəsmi dövlət orqanları tərəfindən hələ təsdiqlənməyib.

"Domodedovo" polis rəisi 2013-cü ildə vəzifə səlahiyyətlərini aşma ittihamı ilə məsuliyyətə cəlb edilib. İlkin versiyaya görə, Titov 2 erməninin əməliyyatçılar tərəfindən hava limanında saxlanılmasında iştirak edib. Vəkil bu hadisənin nə zaman baş verdiyini və həbs üçün əsasın nə olduğunu deməyib və qeyd edib ki, istintaq zamanı zərərçəkmiş şəxslər onu tanımayıblar. Lakin əgər iş məhkəməyə gedərsə, Titovu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, hadisə 2012-ci ildə baş verib. Bir neçə erməni polisin sənəd tələbinə məhəl qoymayaraq müqavimət göstərib və bundan sonra Titov onlardan birinə bir neçə yumruq zərbəsi endirib.

 

Müəllif | Apa.Tv