ABŞ yenidən donur

Amerika Birləşmiş Ştatlarının şərq sahillərindəki meqapolislər - Çikaqo, Boston, Vaşinqton və Filadelfiya güclü çovğun altında qalıb. "Yanus" qaz çovğunu səbəbi ilə artıq Nyu-York, Nyu-Cersi və Dilavera ştatlarının rəhbərliyi fövqəladə vəziyyət elan edib. Nyu-Yorkda havanın temperaturu  -10 dərəcə göstərilir.

 

APA TV-nin xəbərinə görə, yollarda avtomobillərin hərəkəti iflic olub. 4 mindən çox təyyarə reysi təxirə salınıb. Nyu-Yorkun və ətraf ərazilərin hava limanlarının böyük əksəriyyətinin bağlanması qərarı verilib. Yanvarın 21-dən iş yerləri günorta saatlarından bağlanıb. Şəhərlərin çoxunda yanvarın 22-də məktəblərin bağlanması qərarı çıxarılıb.

 

Müəllif | Apa.Tv