Nazir: "TÜRKİYƏ SURİYANI SATDI"

"Heç kimin bu və ya digər hökuməti legitim, yaxud qeyri-legitim elan etməyə haqqı yoxdur".

APA TV-nin bunu Valid əl-Muallem İsveçrənin Montrö şəhərində Suriya probleminə dair keçirilən beynəlxalq Cenevrə - 2 konfransında deyib. O bildirib ki, buna ancaq xalq qərar verə bilər: “Burada bizim vəzifəmiz xalqın iradəsini hər kəsə çatdırmaqdır, onun taleyini həll etmək deyil”.

 

Valid əl-Muallim həmçinin, Suriya müxalifətini dəstəkləyən və silahlandıran qüvvələrə də səslənib: “Siz doğrudan da Suriyadakı humanitar durumdan narahatsınızsa, onda imkan verin iş görək, terrorçulara hərbi dəstəyi dayandırın, sanksiyaları aradan qaldırın. Sonra gəlin siyasətlə məşğul olaq, onda Suriyada hər şey yaxşı olacaq”.

 

Valid Muallem Türkiyə hökumətini satqınlıqda və Suriyada döyüşən terrorçulara birbaşa yardım etməkdə günahlandırıb: “Ərdoğan hökuməti terrorçuları öz ərazisinə buraxıb, onları Suriyada döyüşmək üçün hazırlayır. Ancaq unudurlar ki, bir gün lənət cadugərin özünə qarşı çevrilir”.

 

Qeyd edək ki, konfransda ABŞ dövlət katibi Con Kerri sərt çıxış edib. O bildirib ki, Suriya münaqişəsinin tərəfləri sülhü təmin edəcək qətnamə hazırlanması üçün səylərini birləşdirməlidir. Kerri ümid etdiyini bildirib ki, sülhü təmin edə biləcək qətnaməni hazırlamaq mümkündür”.

Müəllif | Apa.Tv
Elvin Bayramlı