Avropalı gömrükçülər Bakıda toplaşdı

Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa regionu üzrə Milli Tədris Mərkəzləri rəhbərlərinin I konfransı başlayıb. Konfrans iştirakçıları ilk olaraq Fəxri xiyabanda Heydər Əliyevin məzarını və şəhidlər xiyabanını ziyarət ediblər. APA TV-nin xəbərinə görə, yanvarın 24-dək davam edəcək konfrans üç sessiyadan ibarət olacaq. DGK sədri Aydın Əliyev deyib ki, tədbirə 42 ölkənin nümayəndələri dəvət edilib. 5 ölkənin nümayəndələri isə müşahidəçi qismində tədbirə qatılıb.

 

Azərbaycanda ilk dəfə olaraq, keçirilən tədbirin ilk sessiyasında "Gömrük peşəkarlığı və bacarıqlar" mövzusu müzakirə edilib.

 

Ümumdünya Gömrük Təşkilatının  potensialın gücləndirilməsi üzrə direktoru Erik Kieck bildirib ki, bu təşkilatın sıralarında 180 ölkə birləşib:"Bu konfrans insan resurslarının inkişaf etdirilməsi baxımından qabaqcıl təcrübəni öyrənmək üçün təşkil olunmuş bir tədbirdir. Bura gəlmişik ki, yerli gömrük sahəsinə öz dəstəyimizi verək və buradakı təcrübədən də özümüz faydalanaq".

 

Konfransın sonuncu günü Avropada gömrük tədrisi sahəsində əməkdaşlığın gücləndirilməsi üçün təkliflər nəzərdən keçiriləcək. 

Müəllif | Apa.Tv