Oğuzda mal-qara oğruları yaxalandı

Oğuzda mal-qara oğruluğu ilə məşğul olan Yexlax rayon sakinlərindən ibarət dəstə saxlanılıb. Oğuz rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Oğuz rayonu Padar kənd sakini Qasımov Natiq Rafiq oğlu yaşadığı evin həyətyani sahəsində tikilmiş mal tövləsindən 1 baş iribuynuzlu malın oğurlanması barədə rayon Polis Şöbəsinə müraciət edib. Araşdırma nəticəsində heyvanı Yevlax rayonunun Ərəş kənd sakinləri - 34 yaşlı Ramiz Şərifov, əvvəllər məhkum olunmuşlar 27 yaşlı Rasim Şərifov və 43 yaşlı   Cabir Adgözəlovun oğurladığı məlum olub. Hər üç şəxs tutularaq Oğuz RPŞ-ə gətirilib. İstintaq zamanı məlum olub ki, daha öncə də Ağdaş rayon, Qumlaq kənd sakini Hüseyn Kərimova məxsus 2 baş və Oğuz rayon Ərimənət kənd sakini Eyvaz Hüseynova məxsus bir baş iribuynuzlu mal-qaranı oğurlayıblar.

Baş müstəntiq Ələkbər Əsgərov deyib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 177.2.1 177.2.2 177.2.3 -cü maddələri ilə cinayət işi başlayıb.

14 ilini məhkumluq həyatı yaşamış Ramizlə Rasim qardaşdır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov