4 mağazanı qarət edən gənclər yaxalandı

Yanvarın 18-də Yardımlı rayonunda törədilən oğurluq faktlarının üstü açılıb. APA TV-nin cənub bürosunun məlumatına görə,  Yardımlı və Biləsuvar rayonlarının Polis Şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakinləri, 20 yaşlı Ceyhun Bəxtiyar oğlu Süleymanzadə, 20 yaşlı Mirhəmməd Əhməd oğlu Rzazadə və 19 yaşlı Elmar Xalid oğlu Əkbərzadə saxlanılıb. Onlar oğuyrluqda təqsirləndirilirlər. C.Süleymanzadə hadisə yerinə çıxarılaraq baş verən oğurluq hadisəsini əyani şəkildə göstərib. Məlum olub ki, onlar Arus kənd sakini Bəşir İbrahim oğlu Mustafayevin müdiri olduğu 146 saylı aptekdən 80 manat pulu və aptekə məxsus möhürü oğurlayıblar.

 

Gənclər Yardımlı şəhər sakini Müşviq Tarqulu oğlu Bədirova məxsus ticarət köşkündən 315 manat pulu, 1 ədəd DVD-ni, 1 ədəd mobil telefonu, müxtəlif növ siqaret və şokaladları, həmçinin Yardımlı şəhər sakini Camal Mədət  oğlu Adiyevin rayon mərkəzində yerləşən ticarət köşkündən içərisində olan 3030 manat pul ilə birlikdə 1 ədəd seyfi, 600 manat pulu, müxtəlif adda siqaretləri, köşk sahibi ilə onun həyat yoldaşı Sahibə Mirzəbaba qızı Adiyevanın adına olan təqaüd kartlarını, müxtəlif növ çayları oğurlamaqda şübhəli bilinirlər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv