ERMƏNİLƏR TOVUZDA EVLƏRİ GÜLLƏBARAN EDİRLƏR

Tovuzun Əlibəyli kəndi ermənilərin atəşinə məruz qalıb. APA TV-nin xəbərinə görə, kənd sakinləri bildiriblər ki, düşmən iriçaplı silahlarla kəndi hədəfə alıb. Düşmən atəşi nəticəsində kənddəki bir çox yaşayış evinə ciddi zərər dəyib.

 

Ordumuz düşmənə cavab atəşi açıb. Kənd sakinlərinin verdiyi məlumata görə, bir neçə gündür ki, fəallaşan ermənilər rayonun Əlibəyli, Ağdam, Koxa Nəbili və Hacallı kəndlərini fasiləsiz atəşə tuturlar.

 

Müəllif | Apa.Tv