“Həzi burada doğulub”

Lənkəranda Sovet İttifaqı qəhrəmanı general-mayor Həzi Aslanovun adını daşıyan xatirə parkında tədbir keçirilib. Yerli icra strukturlarının, ziyalıların, media nümayəndələrinin qatıldığı “Həzi burda doğulub” ədəbi-bədii kompozisiyanı respublikanın xalq artisti Qabil Quliyev açıb. O, Azərbaycanın hərb tarixində misilsiz rolu olan Həzi Aslanovun keçdiyi döyüş yolundan danışaraq, onun xatirəsinin Azərbaycan xalqı tərəfindən həmişə əziz tutulduğunu qeyd edib.

 

Tədbirdə məktəblilərin Həzi Aslanova, vətənə, torpağa, qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndiriblər.

APA TV-nin xəbərinə görə, sonda iştirakçılar qəhrəmanın abidəsi önünə gül dəstələri düzüblər.

Müəllif | Apa.Tv