"Tarixi-Nadir" tapıldı

Masallıda "Tarixi-Nadir" kitabı tapılıb. Bu barədə APA TV-nin Cənub bürosuna Masallı rayonunun Ərkivan qəsəbə məscidinin axundu  Məşədi Həmid məlumat verib. Onun sözlərinə görə, yaşlı kənd sakinlərinin evindən tapdığı bu kitab elə həmin məşhur "Tarixi-Nadir" kitabıdır.

 

Axundun qənaətincə, kitab hicri qəməri tarixi ilə 1272-ci ildə yazılıb və çap edilib. Fars dilində, nəstəli xətlə yazıldığından  oxunuşu olduqca çətindir. Məşədi Həmidin sözlərinə görə, kitab Nadir şahın həyatına həsr edilib. Kitabı sonadək oxuyan axund deyir ki, tarix dərslərində Nadir şahla bağlı  faktların hamısı burada öz əksini tapıb.

 

Məşədi Həmidin ən böyük arzusu  bu kitabı Azərbaycan dilində çap etdirib, geniş oxucu kütləsinə çatdırmaqdır.

 

Müəllif | Apa.Tv