Məşhur "QANUNİ OĞRU" TUTULDU

Rusiyada məşhur "qanuni oğru" saxlanılıb. APA TV-nin xəbərinə görə, milliyyətcə gürcü olan "Batya" ləqəbli "qanuni oğru" Otari Totoçiya saxta Rusiya pasportu ilə Moskvada həbs edilib. Rusiya mətbuatının yaydığı məlumata görə, polis sənədləri yoxlanıyarkən həmin şəxsi saxlayıb. Baxış zamanı məlum olub ki, onun pasportu saxtadır. Daha sonra pasportu təqdim edən şəxsin "qanuni oğru" Batya olduğu aşkar edilib.

 

Xatırladaq ki, yanvarın 20-də kriminal aləmin toplantısından "Çapıqlı Kostya" ləqəbli Konstantin Vasiliyev və daha bir neçə nəfər də saxlanılıb.

 

Müəllif | Apa.Tv