Türkiyədə avtobus dərəyə aşdı: 20 ÖLÜ, 22 YARALI

Türkiyənin Kayseri vilayətinin Pınarbaşı rayonu yaxınlığında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. İlkin ehtimalara görə, avtobusun qəzaya uğramasına səbəb yolların buz bağlması olub. Buzlu yolda sürücü idarəetməni itirib. Nəticədə avtobus yolun kənarındakı maneni dağıdaraq dərəyə yuvarlanıb.

 

Nəticədə 20 nəfər ölüb, 22 nəfər xəsarət alıb. APA TV xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili yardım, yanğınsöndürən maşınlar və xilasedici qrup göndərilib. Yaralılar Pınarbaşı və Kayseri xəstəxanalarına çatdırılıb.

Müəllif | Apa.Tv