Tərtərdə EVİNİ ƏXLAQSIZLIQ YUVASINA ÇEVİRƏN BAĞÇA MÜDİRİ SAXLANIB

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində şəhər sakini, 55 yaşlı İzahət Axundovanın evində əxlaqsızlıq yuvası saxladığı müəyyənləşib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, araşdırmalar zamanı məlum olub ki, İzahət Axundova gəlir əldə etmək məqsədi ilə 34 yaşlı Anar Hüseynovdan 250 manat pul alıb. O, Anar Hüseynov və onun dostu Tofiq Həsənov ilə görüşmələri üçün Tərtər şəhər sakini, 25 yaşlı P.T.-ni və Bərdə rayon sakini, 21 yaşlı V.Q.-ni fahişəliyə cəlb edərək evində əxlaqsızlıq yuvası təşkil edib.

 

Tərtər Rayon Polis Şöbəsinin istintaq qrupunun müstəntiqi Nəsimi Hüseynov deyib ki, təqsirləndirilən şəxs həmin qadınları evinə dəvət edərək orda Anar və Tofiq adlı kişilərlə görüşdürüb, evində əxlaqsızlıq yuvası təşkil edib: "Anar adlı tanışından aldığı 250 manatdan hər qıza 50 manat verib, 150 manatı özünə götürüb".

 

Polisin keçirdiyi əməliyyat zamanı İzahət Axundova, iki qadın və iki kişi polis şöbəsinə gətirilib.

 

21 yaşlı V.Q.-i evli olub, ayrılıb. İki az yaşlı oğlu var: "Mənə zəng elədi. Dedi ki, bir xanım var, bizi qonaq çağırıb. Mən də gəldim. İki oğlan vardı, pul verdi ki, hərəmiz biri ilə görüşək. Adama 50 manat verdi".

 

İzahət Axundova Ağdərə rayon 1 saylı uşaq bağçasının müdiridir. Onun barəsində Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə cinayət işi başlanıb.

Müəllif | Apa.Tv