Azərbaycan İspaniyaya NOTA VERDİ!

Azərbaycan İspaniyaya nota verib. Notanı İspaniya Xarici İşlər Nazirliyinə Azərbaycanın bu ölkədəki səfiri Altay Məmmədov təqdim edib. Bu barədə APA TV-yə məlumat verən Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev bildirib ki, notada Madriddə keçirilən FİTUR-2014 turizm sərgisində iştirak edən Ermənistanın pavilyonunda Dağlıq Qarabağla bağlı stendin qurulmasına etiraz öz əksini tapıb.

Qeyd edək ki, sərgidən öncə Azərbaycan səfirliyi ilə təşkilatçılar arasında Dağlıq Qarabağa aid heç bir stendin qurulmayacağına dair razılıq əldə olunub.

Ermənistan pavilyonunda Dağlıq Qarabağa dair xüsusi stendin yerləşdirilməsi ilə əlaqədar bir qrup azərbaycanlı tələbələr dinc piket keçiriblər. Stend Azərbaycan Səfirliyinin əməkdaşlarının şifahi etirazından sonra da götürülməyib. 

Müəllif | Apa.Tv