Azərbaycanlıların Türkiyədə dövlət qulluğuna qəbulu mümkün olacaqmı?

"Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının xətti ilə dövlət qulluğuna qəbul olan şəxslərin 80 faizdən çoxunu  gənclər təşkil edir".

 

APA TV-nin xəbərinə görə, bunu komissiyanın sədri Bəhram Xəlilov deyib. O bildirib ki, dövlət qulluğunda iqtisadi bloka aid sahələrə, informasiya texnologiyaları biliklərinə sahib olan şəxslərə böyük ehtiyac var: "Nazirlər Kabineti yeni qaydalar tətbiq edib. Bu qaydalarda aşağı pillədə dövlət qulluğuna qəbul üçün heç bir təcrübə tələb olunmur. Ali məktəbləri bitirmiş şəxslər ixtisaslarına uyğun olaraq seçim edib, iştirak edə bilərlər".

 

Bəhram Xəlilov bildirib ki, artıq dövlət qulluğuna qəbul başa çatıb. Müsabiqənin ikinci mərhələsi davam edir. Hər iki müsabiqəni uğurla keçənlər dövlət qulluğuna uyğun hesab olunacaqlar.

 

Türkiyənin Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu isə deyib ki, Azərbaycan vətəndaşlarının Türkiyədə dövlət qulluğuna qəbul edilməsinin önünü açmaq üçün tədbirlər görülür: "Türkiyədə xüsusilə səhiyyə sistemində kadrlara böyük ehtiyac var. Bu mövzuda həkimlərin müqavilə əsasında cəlb edilməsinə dair addımlar atırıq. Hazırda Türkiyənin səhiyyə sistemində işləyən azərbaycanlılar var".

 

Bakıda “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı”nın imzalanma mərasimi keçirilib.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova