Ötən il 308 sahibkarın obyekti bağlanıb

Ötən il 1279 iradnamə və məhsul partiyası satışının qadağan edilməsi barədə 689 tələbnamə verilib. 308 sahibkarlıq subyektində məhsulların istehsalı və satışı qadağan edilib.

APA TV-nin xəbərinə görə, bunlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti  2013-cü il ərzində sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı aşkar olunub. 

İl ərzində 48 dönər istehsalı və satışı ilə məşğul olan iaşə obyektində, 111 şadlıq sarayı və 212 ictimai iaşə xidməti göstərən təsərrüfat subyektində dövlət nəzarəti qaydasında yoxlamalar aparılıb və bu müəssisələrin əksəriyyətində standartların tələblərinin pozulduğu üzə çıxıb.

 

23 uşaq bağçasında standartın tələblərinin icrası ilə bağlı dövlət nəzarəti həyata keçirilib, araşdırmalar zamanı bağçaların bir çoxunda “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələblərinə əməl olunmadığı aşkar edilib.

 

Son zamanların ən aktual problemlərindən biri olan geni modifikasiya olunmuş məhsullarla mübarizə məqsədilə Komitənin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) GMO məhsullarının sınağı laboratoriyası yaradılıb və istifadəyə verilib. Ötən il həm də Azərbaycanda 62 yeni dövlət standartı təsdiq edilib.

 

Müəllif | Apa.Tv