HAVA SOYUYACAQ, BAKIDA HƏRARƏT SIFIRA ENƏCƏK

Yanvarın 24-də və 25-də Bakıda və Abşeron yarmadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Ayın 25-də şimal küləyinin arabir güclənməsi proqnozlaşdırılır, 26-da isə arabir yağıntılı hava şəraiti gözlənilir. Havanın temeraturu ayın 26-da gecə saatlarında 0 dərəcəyə yaxın, gündüz isə 2-5 dərəcə isti təşkil edəcək. Yəni ötən günlərlə müqayisədə temperaturun bir qədər düşməsi gözlənilir.

 

Proqnozlar birosunun qrup rəhbəri Tükəzban Hacıyeva APA TV-yə deyib ki, yanvarın 24-də bölgələrdə əsasən, yağmursuz hava şəraiti gözlənilir. Lakin Qafqazın bəzi ərazilərində və Lənkəran-Astara zonasında gecə və axşam saatlarında arabir yağıntılı olacağı prqonozlaşdırılır.

 

Yanvarın 24-də Bakıda və Abşeron yarmadasında meteoroloji amillərin iqlim norması daxilində tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, 25-də xəzri küləyinin güclənməsi fonunda temperaturun aşağı enməsi metohəssas insanlar üçün bir qədər diskomfort hissi yarada bilər.

 

Müəllif | Apa.Tv
Apa.tv