Qaxda Rusiya vətəndaşının çürümüş meyiti tapılıb
Qaxda Rusiya vətəndaşının çürümüş meyiti tapılıb. APA Tv-nin xəbərinə görə, rayon mərkəzinin Molla Vəli Vidadi küçəsindəki yaşayış binasının mənzillərindən birində çürümüş və iylənmiş kişi meyitinin aşkarlanması barədə prokurorluğa məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə əməliyyat qrupu çıxıb. Araşdırmalar nəticəsində meyiti aşkar edilmiş şəxsin Rusiya vətəndaşı, 2-ci qrup əlil, 59 yaşlı Zahid Əli oğlu Mustafayev olduğu müəyyən edilib. Hazırda Rusiya vətəndaşlığını daşıyan Zahid Mustafayevin əslən Qax rayonundan olduğu, bir müddət əvvəl qohumlarını ziyarət etmək üçün rayona qonaq gəldiyi bildirilir. Onun ölüm səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.
Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.