DEPUTATLAR YUMRUQ DAVASINA ÇIXDILAR

Türkiyə parlamentində "17 dekabr əməliyyatı" ilə bağlı sərt müzakirələr davaya səbəb olub. Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Tanju Özcanın çıxışı əvvəlcədən başlayan mübahisələri daha da qızışdırıb.

 

APA TV-nin xəbərinə görə, bundan sonra, hakim partiyadan olan deputat Oqtay Saral təxminən 25 metrlik məsafəni qaçaraq, Bülənd Tezcana yumruq vurub. Davaya digər deputatlar da qarışıblar. Yaranan gərginlik üzündən parlamentin iclasında fasilə elan edilib. Hücuma məruz qalan Bülənd Tezcan yaralanıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

 

Bir neçə saat sonra davanın əsas iştirakçıları bəyanatla çıxış ediblər.

 

Türkiyə parlamenti həmkarını yumruqlayan Oqtay Sarala töhmət verib.

 

Müəllif | Apa.Tv