Bərdədə yük maşınları toqquşdu

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bir-birinin ardınca hərəkət edən “Ford” markalı iki yük maşınından biri qəfil dayanıb. Arxadan gələn ikinci yük maşını ona çırpılıb. Nəticədə ikinci “Ford”un sürücüsü, Mirzalıbəyli kənd sakini Məmmədov Bəhruz Məlik oğlu ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

APA TV-nin xəbərinə görə, faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv