"Toyota" aşdı, sürücünün arvadı öldü, özü və qardaşı ağır yaralandı
Ötən axşam Saatlı rayonunun Mustafabəyli kəndində ağır yol qəzası baş verib. Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb. APA TV xəbər verir ki, rayon sakini Elmar Baxışəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb. Maşında olan sərnişin - sürücünün həyat yoldaşı 57-yaşlı Baxışəliyeva Zərnigar Məhəmməd qızı hadisə yerində dünyasını dəyişib. Sürücü və onun qardaşı Fikrət Baxışəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Saatlı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.