Məşhur bəstəkar Ennio Marrikone Bakıda

"Çox şadam ki, Azərbaycandayam. Konsert keçirəndə mənim üçün bu bir bayram olur. Lakin bayram hissi ilə yanaşı, eyni zamanda mənim üçün narahatlıq olur konsertqabağı. Çünki 180 nəfərlik bir qrupla işləyirik. Professionallarla işləyirik. Konsert gözəl keçdikdə bu bizim üçün iki qat bayram olur".

APA TV-nin xəbərinə görə, bunu dünya şöhrətli italyan bəstəkar və dirijor Ennio Marrikone Bakıda keçirdiyi mətbuat konfransında bildirib. Bəstəkar yanvarın 25-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Onu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Xor Kapellasının 200-dən çox musiqiçisi müşaiət edəcək.

 

Ennio Marikone İtaliya, İspaniya, Almaniya, Rusiya və ABŞ-da çəkilmiş 400-dən artıq kino və seriala musiqi bəstələyib. Bakıda keçiriləcək konsertdə də həmin filmlərə yazılan musiqilər maestronun dirijorluğu ilə səslənəcək.

Bəstəkar "Oskar" mükafatı laureatı, dörd qat "Qızıl Qlobus" və "Qızıl Şir" mükafatının laureatı, Venesiya Film Festivalının qalibi olub.

Müəllif | Apa.Tv
Apa.tv