Misirdə ard-arda iki partlayış
Misirin paytaxtı Qahirədə baş verən iki bomba partlaması nəticəsində ən azı 5 adam həyatını itirib, 100 yaxını isə yaralanıb.
APA TV-nin xəbərinə görə, partlayışlardan biri içərisində bomba olan avtomobillə törədilib. Bu partlayışın əsas hədəfi polis şöbəsi olub. Partlayış gücündən ətrafda olan binaların divarında çatlar əmələ gəlib. Misir Dövlət Televiziyasının hadisə şahidlərinə istinad edərək verdiyi xəbərdə silahlı şəxslərin polis şöbəsinə atəş açdığı bildirilir.