Ukraynada MÜXALİFƏT NAZİRLİYİN BİNASINI ƏLƏ KEÇİRDİ
Ukraynada müxalifət artıq dövlət binalarını ələ keçirməyə başlayıb. Aqrar Siyasət və Ərzaq Nazirliyi aksiyaçıların nəzarətindədir. Nazirliyin binası Azadlıq meydanından 100 metr aralıda yerləşir. APA TV-nin xəbərinə görə, nazirliyi "Ümumi iş" hərəkatının tərəfdarları zəbt ediblər. Onlar nazirliyə girdikdən sonra binanın ətrafında barrikadalar qurublar. Bundan əvvəl isə aksiyaçılar Kiyev Şəhər Administrasiyasının və Həmkarlar İttifaqının binalarını da ələ keçiriblər. Bu arada müxalifət liderləri prezident Viktor Yanukoviçlə danışıqlardan sonra tərəfdarlarını aksiyaların həcmini genişləndirməyə çağırıblar. Bundan sonra Kiyevin böyük və əhəmiyyətli prospektlərindən biri İnstitutskayada barrikadalar qurublar. İnzibati idarələrə hücumlar edilməsi barədə Ukraynanaın başqa şəhərlərindən də xəbərlər gəlir. Çerkassk, Lvov, Ternopol və Rovnoda bəzi dövlət binaları müxalifət tərəfdarlarının əlindədir. Xmelnitskidə isə ələ keçirilən idarələrin ətrafında artıq barrikadalar qurulub. Hökumət binalarına hücumlar İvano-Frakovsk və Jitomirdə də baş verib.