Ötən il yanğınlarda 61 nəfər ölüb

2013-cü ilə respublika ərazisində baş verən 8883 təbii və texnogen hadisə nəticəsində 75 ölüb, 127 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyi (FHN) 2013-cü ildə respublikada baş verən hadisələrin statistikasına əsasən, ötən il respublikada baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olan müxtəlif çağırışlar üzrə operativ olaraq 8708 çıxış olub. APA TV-nin xəbərinə görə, yanğın hadisələri zamanı 61 nəfər ölüb, 87 nəfər xəsarət alıb. Bu, 2012-ci il ilə müqayisədə yanğında ölənlər üzrə 5 nəfər və ya 9%, xəsarət alanlar üzrə isə 1 nəfər və ya 1% çoxdur.

2013-cü il ərzində respublika ərazisində 29 partlayış hadisəsi baş verib ki, bu da 2012-ci il ilə müqayisədə 2 hadisə və ya 7% çoxdur. Partlayışlar zamanı 7 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.

Ötən il respublika ərazisində 8883 təbii və texnogen mənşəli hadisə qeydə alınıb. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 75 ölüb, 127 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 9 nəfər xilas edilib və 63 nəfər təxliyə olunub.

 

Müəllif | Apa.Tv