Nəzarətçi müəllimlərə verilən maaşın məbləği açıqlandı

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-cü ildə keçirilən test imtahanlarına sərf olunan xərcləri açıqlayıb. APA TV-nin xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə deyib ki, ümumilikdə test imtahanları zamanı müəllimlərə müqavilə əsasında 2 milyon manatdan çox maaş verilib: "Test imtahanlarına imtahan rəhbəri kimi Bakıdan 5173, regionlardan 1056 müəllim cəlb edilib. Ümumilikdə, ümumilikdə Bakı şəhəri üzrə 23 040, digər regionlardan üzrə isə 30 417 nəfər test imtahanları prosesində iştirak edib".

 

TQDK sədri qeyd edib ki, imtahanda iştirak edən 50 mindən çox pedaqoji, elmi ictimaiyyətin nümayəndəsi yalnız bir məqsədlə iştirak edir. Onlar məvacibə görə yox, vətəndaş borclarını ödəyirlər: "Bu gün ölkədə müəllim ordusu qadınlardan ibarətdir. Bizim bu işimizdə hərbi qulluqdur. Təbii ki, hər gün auditoriyaya gəlmək, şagirdlərlə, tələbələrlə təmasda olmaq çox ağır bir işdir".

 

O bildirib ki, ötən il keçirilmiş qəbul imtahanlarına 6105 müəllim cəlb olunub. Köçürməyə və digər qayda pozuntularına yol verən 493 nəzarətçi bazadan xaric edilib. Qəbul imtahanlarında fəaliyyəti yüksək qiymətləndirilmiş nəzarətçi-müəllimlər isə mükafatlandırılıb.

Müəllif | Apa.Tv
Almaz Qasımova