Minik maşını sərnişinlə dolu avtobusla toqquşdu

Zaqatalada sərnişin avtobusu ilə minik avtomobili toqquşub. Hadisə Zaqatala-Suvagil yolunda baş verib. Rayonun Suvagil kənd sakini, 24 yaşlı Əli Həmidov idarə etdiyi “VAZ 2106” markalı avtomobilin idarəetməsini itirərək onu Zaqatala-Mamrıx marşutu ilə hərəkət edən “PAZ” markalı sərnişin avtobusuna vurub. Avtobusu həmin vaxt Zaqatala rayonu Mamrıx kənd sakini, 55 yaşlı Zahid Şabanov idarə edib. Baş vermiş qəza nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü Əli Həmidov ağır xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Qəza nəticəsində sərnişin avtobusunun sürücüsü Zahid Şabanov və avtobusda olan 20-dən yuxarı sərnişindən xəsarət alan olmayıb. Zaqatala MRX-dan APA TV-yə bildirilib ki, Əli Həmidovun xəsarətləri yüngül olduğundan ona xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov