“Freedom House” Azərbaycanda hakimiyyət dəyişikliyi hazırlayırmış? - SƏS YAZISI

Azərbaycanda hakimiyyət dəyişikliyini nəzərdə tutan söhbətin əks olunduğu audio yazı yayılıb.

 

APA-nın məlumatına görə, ABŞ fondlarından birinin əməkdaşı olduğu iddia edilən Yevgeni adlı şəxs Ukrayna Azərbaycanlılar Konqresinin İdarə Heyətinin üzvü Xaqani Hüseynov və Milli Şuranın üzvü, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev arasındakı telefon söhbətindən aydın olur ki, X. Hüseynov M. Əliyevə Yevgenini təqdim edib və bildirib ki, onun müəyyən təklifi var.

 

Vilnüsdan yeni qayıtdığını deyən Yevgeni oradan “Freedom House” təşkilatının Mərkəzi və Şərqi Avropa üzrə direktoru ilə görüşdüyünü vurğulayır:

 

Yevgeni: Onlar insanların zərbə altında qoyulmaması, həbs edilməməsi üçün layihələrin bir hissəsini təhsil proqramı adı altında həyata keçirmək istəyirlər. Bizdə - Ukrayna ərazisində müxtəlif təlim seminarları, treninqlər, məktəblər təşkil etmək nəzərdə tutulur. Çünki bura giriş vizasızdır, dəhliz, logistikanı təşkil etmək asandır. Bu səfərlər elə təşkil olunacaq ki, guya insanlar işlərinin dalınca, dincəlməyə və digər məqsədlərlə gəlirlər.

 

Mehman Əliyev: Başa düşdüm, ancaq yenə söhbət etmək lazımdır.

 

Yevgeni: Onlar Azərbaycanla bağlı ehtiyatlıdırlar. Çünki burada 3 tərəf var: hazırkı rejim, demokratik müxalifət və radikal islamçılar. Onlar rejimi yıxmaqdan qorxurlar ki, birdən İranın nəzarət etdiyi radikal islamçılar üzə çıxa bilər. Onlar artıq Suriyada, Misirdə yanıblar. Orada demokratik inqilabı dəstəkləyiblər, bundan isə faktiki radikal islamçılar yararlanıblar.

 

Mehman Əliyevin onlardan nə tələb olunduğu ilə bağlı sualına isə Yevgeni özünü “yandırmaqdan” qorxmayan fizik şəxslərə, hesablara ehtiyac duyulduöunu deyib.Yevgeni yardımların qrant layihələri şəklində olacağını deyib.

 

M. Əliyev Yevgeni ilə onu Ukraynada Xəqani Hüseynovun tanış etdiyini deyib. Əlavə edib ki, bu zəng onun üçün gözlənilməz olub, söhbətdən imtina edib. Xəqani Hüseynov belə bir söhbətin baş verdiyini təsdiqləsə də, danışıqların məzmunun başqa cür olduğunu bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv