Ukraynada prezident və müxalifət arasında razılaşma - SÜLH

Ukrayna müxalifətinin liderləri Vitali Kliçko və Oleq Tyaqnibok prezident Viktor Yanukoviçlə razılığa gəldiklərini bəyan ediblər.


Razılığa əsasən tərəflər güc tətbiqini dayandıracaq, Daxili İşlər Nazirliyi isə iğtişaşlar zamanı həbs edilən aksiya iştirakçılarını azadlığa buraxacaq.

Qeyd edək ki, Kiyevin Müstəqillik Meydanında naməlum şəxslər milis əməkdaşlarına hücum ediblər.

Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, xidməti vəzifələrini icra edən üç milis əməkdaşı “Meydan keşikçiləri”nin silahlı hücumuna məruz qalıblar. Milislərdən birinə bıçaqla xəsarət yetirilib. Xəsarət alan milis əməkdaşı xəstəxanaya yerləşdirilib. Digər iki milisin taleyi hələlik məlum deyil.

Müəllif | Apa.Tv
Apa.tv