Suriyada müxalif qruplaşmalar arasında döyüşlər başlayıb

İsveçrədə sülh danışıqları, Suriyada isə döyüşlər davam edir. Ölkədə qarşıdurmalar yalnız Bəşər Əsəd tərəfdarları ilə müxaliflər arasında getmir. Üsyançıların öz aralarında baş verən qarşıdurmalarda ölənlərin sayı artmaqdadır. Ötən gün müxaliflər arasında baş verən silahlı qarşıdurmada 7 nəfər həyatını itirib. Bir uşaq dağıntıların altından sağ çıxarılıb. Son bir həftədə Suriyada 1500-ə yaxın insan silahlı qarşıdurmanın qurbanı olub.

Müəllif | Apa.Tv
Apa.tv