Suriya hökuməti və müxalifət arasında görüş baş tutmadı - MÜNAQİŞƏ

"Cenevrə-2" konfransının ikinci günündə Suriya hökuməti ilə müxalifət arasında danışıqlar təxirə salınıb. Suriyada vətəndaş müharibəsi başladıqdan sonra tərəflər arasında ilk təkbətək görüşün baş tutmamasının səbəbləri açıqlanmayıb.


BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi Suriyanın xarici işlər naziri Valid əl-Müəllimin başçılıq etdiyi heyətlə görüşüb.

Brahiminin Suriya müxalifəti ilə də ayrılıqda görüşəcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv