“Müsəlman qardaşlar”ın 100-dən çox üzvü həbs edildi

Misirdə toqquşmalar nəticəsində 9 nəfər ölüb, onlarla adam xəsarət alıb. Dörd nəfər Beni-Sueyf əyalətində, daha üçü Fayum şəhərində baş verən toqquşmalar zamanı öldürülüb. Onlardan ikisi "Müsəlman qardaşlar” qruplaşması tərəfindən qətlə yetirilib.


Adı terror təşkilatlarının siyahısına daxil edilən "Müsəlman qardaşları" təşkilatının 100-dən çox üzvü həbs edilib. Onlardan xeyli sayda odlu silah, əldəqayırma partlayıcı maddələr və qumbaralar müsadirə olunub.

Müəllif | Apa.Tv
Apa.tv