Küçə döyüşlərində yüzlərlə insan öldürüldü – DƏHŞƏT

Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə "Seleka" qruplaşmasının üzvləri ilə üsyançılar arasında toqquşma baş verib. Baş verən küçə döyüşləri zamanı yüzə yaxın insan həyatını itirib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri axtarışlar nəticəsində yüzlərlə cəsəd tapıblar.


Qeyd edək ki, bir müddət əvvəl hakimiyyət və siyasi müxalifət arasında barışıq imzalanıb. Lakin "Seleka" qruplaşmasının silahlıları ölkə paytaxtını ələ keçiriblər. Hazırda ölkədə yeni hakimiyyətin əleyhdarları və tərəfdarları arasında silahlı toqquşmalar səngimir.

Müəllif | Apa.Tv
Apa.tv